Satış üzrə analitik
 
JOB TITLE: Satış üzrə analitik
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-12 LAST UPDATED: 2018-10-12 DEADLINE: 2018-11-11

Vəzifə: Satış üzrə analitik

Əmək haqqı: 700-800 AZN
Əmək Məcəlləsinə uyğun işə qəbul
İş vaxtı barədə müsahibə zamanı ətraflı məlumat veriləcək.

Vəzifə öhdəlikləri:

• Aylıq, illik satış və satınalma ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması;
• Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması; qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması;
• Satış analizi əsasında satınalma büdcəsinin və planının formalaşdırılması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi; rəqabət mühitinin təhlil edilməsi;
• Yerli və xarici tədarükçü şirkətlərdən satınalma qiymət təkliflərinin alınması və optimal təkliflərin müqayisəli şəkildə birbaşa rəhbərinə təqdim edilməsi;
• Satınalma zamanı şirkətin daxili prosedurlarına uyğun olaraq analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatların vahid məlumat bazasına  daxil edilməsi;
• Satınalmaların təşkili ilə bağlı tələb olunan sənədləşmə işlərinin aparılması və müvafiq qovluqlara yığılması;
• Satınalma ilə bağlı təqdimat, müqavilə və s. sənədlərin hazırlanması.

Namizədə qarşı tələblər:

• Təhsil: İqtisadiyyat və biznesin idarə edilməsi üzrə ali təhsil (magistratura təhsili arzuolunandır);
• İş təcrübəsi: 5 il  müvafiq sahə üzrə təcrübə;
• Dil biliyi: Azərbaycan, Rus, İngilis dili (əla səviyyədə);
• Komputer biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook); Üstünlüklər: MySQL, SQL, Power BI,  proqram təminatlarından hər hansı biri ilə iş təcrübəsi üstünlükdür.
• Nəzəri biliklər:
• Bazar iqtisadiyyatı, sahibkarlıq və biznesin təşkili qaydaları;
• Bazarın analizi;
• Bazarın inkişafının qanunauyğunluğu və məhsul tələbatının formalaşdırılması barədə baza biliklər;
• Satış işinin təşkili və idarə edilməsi bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Biznes etikası və biznes görünüşə sahib olmalıdır;
• Təmkinlilik, etibarlılıq, özünə inam;
• Aktiv, təşkilatçı, operativ çalışan, nizam-intizamlı; bacarıqlı;
• Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;
• Ezamiyyətlərə açıq olmalıdır.

CV göndərərkən mövzu qismində "Satış üzrə analitik" başlığının yazılması mütləqdir!
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini hr.shopsaz@gmail.com ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP