Korporativ hüquq departamentinin kiçik hüquqşünası
 
JOB TITLE: Korporativ hüquq departamentinin kiçik hüquqşünası
EMPLOYER: Bank of Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-17 LAST UPDATED: 2018-10-17 DEADLINE: 2018-11-16

İŞ ELANI

Vəzifə: Korporativ hüquq departamentinin kiçik hüquqşünası

Əsas vəzifə və öhdəliklər

o Bankın korporativ hüquqi aktlarının hüquqi cəhətdən dəstəklənməsi
o İdarəetmə orqanlarının və bankdaxili komitələrin fəaliyyətini tənzimləyən əsasnamələrin hazırlanması
o Bankdaxili struktur bölmələrin əsasnamələrinin hazırlanması istiqamətində zəruri hüquqi rəy və məsləhətlərin verilməsi
o İdarəetmə orqanlarının və bankdaxili komitələrin iclaslarının protokollarının hazırlanması, rəsmiləşdirilməsi və qəbul edilmiş qərarların aidiyyəti olan struktur bölmələrə (o cümlədən, vahidlərə) və şəxslərə çatdırılması
o Müşahidə Şurası və İdarə Heyəti sədrlərinin tətbiqi aktlarının (qərar və əmrlərinin) hazırlanması, rəsmiləşdirilməsi və qəbul edilmiş qərarların aidiyyəti olan struktur bölmələrə (o cümlədən, vahidlərə) və şəxslərə çatdırılması

Seçim meyarları

o Ali hüquqi təhsil
o Mükəmməl Azərbaycan dili biliyi (Rus və İngilis dili arzuolunandır)
o MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
o Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
o Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

o İş yeri: Baş İdarə
o İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri  subject bölməsində Korporativ hüquq departamentinin kiçik hüquqşünası qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP