Monitorinq şöbəsinə mütəxəssis
 
JOB TITLE: Monitorinq şöbəsinə mütəxəssis
EMPLOYER: Parabokt DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-17 LAST UPDATED: 2018-10-17 DEADLINE: 2018-11-16

Monitorinq şöbəsinə mütəxəssis

Vəzifəyə olan tələblər

• Ali İqtisadi təhsil 
• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti
• Azərbaycan dili mükəmməl, Rus dili orta səviyyədən yüksək
• Bu sahədə iki illik təcrübəyə malik olması

Vəzifə öhdəlikləri:

  Gündəlik olaraq filialın problemli kreditlərinə ümumi baxış və iş planının tərtibi;
  Problemli kreditlərin kateqoriyalar üzrə təsnifləşdirilməsi;
  90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə maliyyə təhlilinin aparılması, aşkarlanmış prosedurdan kənarlaşmalara dair yekun rəyin verilməsi, ödənişlərinin təmin edilməsi üçün kreditlərin daimi nəzarətaltında saxlanılması;
  90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə zəng olunmalı müştərilərin siyahısının tərtib olunması və zənglərin olunması;
  90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə bildirişlərin tərtibi və göndərilməsi;
  90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə borcalanların, girovqoyanların və zaminlərin (əgər varsa) yaşayış, biznes, iş ünvanlarına müntəzəm olaraq vizitlərin edilməsi;
  Məhkəmə qərarlarının icra prosesinə yönləndirilməsi, lazımı sənədlərin toplanılması və işin sürətləndirilməsi üçün bütün lazımı tədbirlərin görülməsi;
  Məhkəmə icrası ilə bağlıişlərinaparılması (sorğuların verilməsi, ekspertiza, qiymətləndirmə, hərrac və s.), məhkəmə icraçıları ilə bütün mərhələlərdə işlərin aparılması üçün tədbirlərin görülməsi və kreditlərin ödənilməsi üçün zəruri olan bütün addımların atılması;
  Monitorinq şöbəsinin əsasnaməsinə əsasən planlı, növbədənkənar və verilmiş iri məbləğli kreditlərin monitorinqlərinin keçirilməsi, aktlaşdırılaraq Monitorinq şöbəsinə təqdim olunması;
  Monitorinq şöbəsinin əsasnaməsinə əsasən banka ərizə və şifahi qaydada daxil olmuş şikayətlərin araşdırılması və yekunununa dair rəhbərliyə məlumatların verilməsi (xidməti məlumat şəklində);
  Saxtakarlıq hallarının (fraud) müəyyən edilməsi və vaxtında şöbə və departament rəhbərliyinə məlumatın verilməsi;

CV-ləri Monitorinq şöbəsi mütəxəssis mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP