Korporativ tədbirlərin təşkili və daxili kommunikasiya mütəxəssisi
 
JOB TITLE: Korporativ tədbirlərin təşkili və daxili kommunikasiya mütəxəssisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-19 LAST UPDATED: N/A DEADLINE: 2018-11-18

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Korporativ tədbirlərin təşkili və daxili kommunikasiya mütəxəssisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Təhsil: Ali təhsil

İşin Təsviri: Korporativ tədbirlərin, görüşlərin və fəaliyyətlərin təşkili və idarə edilməsi.

Vəzifə öhdəlikləri:

- Şirkətdaxili tədbirlərin təşkili və idarə edilməsi;
- Şirkətdən kənar korporativ tədbirlərin, görüşlərin və fəaliyyətlərin təşkili və idarə edilməsi;
- Əlamətdar günlər ilə bağlı bayram şənliyi və digər tədbirlərin təşkili;
- Xüsusi əlamətdar günlər ilə bağlı əməkdaşlara və şirkətin fəxri qonaqlarına hədiyyələrin verilməsinin təşkili;
- Şirkətdaxili korporativ tədbirlərin təşkili və idarəedilməsi.

Tələblər:

- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
- Ünsiyyətcil, yaradıcı, yeniliklərə açıq olmaq;
- PR sahəsində minimum 2 il təcrübənin olması;
- Jurnalistika sahəsi üzrə ali təhsil almış şəxslərə üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Korporativ tədbirlərin təşkili və daxili kommunikasiya mütəxəssisi” yazıb göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP