Quraşdırıcı çilingər
 
JOB TITLE: Quraşdırıcı çilingər
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-14 LAST UPDATED: 2018-11-14 DEADLINE: 2018-12-14

Vəzifənin adı: Quraşdırıcı çilingər

Vəzifə öhdəlikləri:

• Əsas və köməkçi avadanlıqların, yükqaldırma maşın və mexanizmlərin təyinatını;
• Avadanlıqların qovşaq və hissələrinin, alət və ləvazimatlarının təyinatını və onlardan istifadə qaydalarını;
• Sahədə əl, pnevmatik və elektrik alətləri ilə təhlükəli yerləri işləmə zamanı  mühafizə və qoruyucu vasitələrini;
• Ayaqaltı və körpücüklərin quraşdırılma qaydalarını, yüklərin qoşulma qaydasını, materialşunaslığa aid məlumatları;
• Cizgilərə və yığma sxemlərinə əsaəsn universal alətlər tətbiq etməklə mürəkkəb metalkonstruksiya qovşaqlarını qaynaq etmək və pərçimləmək üçün yığmağı;
• Universal yığma və xüsusi alətlər və şablonlar tətbiq etməklə xüsusilə mürəkkəb metalkonstruksiya qovşaqlarının yığılmasını;
• Metalkonstruksiyalarin mürəkkəb baza detallarını və qovşaqlarını qurmaq üçün yerlərin nişanlanmasını;
• Mürəkkəb və xüsusilə mürəkkəb metalkonstruksiya detallarının və qovşaqlarının düzləndirilməsini;
• Pnevmatik cilalayıcı əl maşını ilə qaynaq yerlərini örtmək üçün təmizlənməsini;
• Daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında ekspermental və nadir metalkonstruksiya qovşaqlarının yığılmasını;
• Təzyiq altında işləyən mürəkkəb metalkonstruksiya qovşaqlarının hidravlik və pnevmatik sınanmasını və sinaqdan sonra aşkar edilən qüsurların aradan qaldırılmasını;
• Eskizlərin və yığma sxemlərinin tərtib edilməsini;
• Metalkonstruksiya elementlərini müvəqqəti açmaqla onların müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılmasını, qaldırılmasını və qurulmasını;

Təhsil/Təcrübə:

• Orta-texniki təhsil;
Müvafiq sertifikasiyaya arzuolunandır;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli;

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 08:00 – 17:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Quraşdırıcı-çilingər” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP