Bakı və Regionlar üzrə Filial müdiri
 
JOB TITLE: Bakı və Regionlar üzrə Filial müdiri
EMPLOYER: Para BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-24 LAST UPDATED: N/A DEADLINE: 2018-11-23

Bakı və Regionlar üzrə Filial müdiri

Tələb olunan keyfiyyətlər:

•  Ali təhsil;
•  Bank sektorunda azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
•  Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
•  Analitik mühakimə etmək qabiliyyəti;
•  İdarəetmə və liderlik qabiliyyəti;
•  Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
•  Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Əsas vəzifə və öhdəliklər:

• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;
• Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün  Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
• Filiallar tərəfindən təqdim olunmuş  hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan  irəli gələn müvafiq  tədbirlərin yerinə yetirilməsini təmin etmək;
• Filialların müstəqil sənəd işləmə  limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil   prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində  kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

CV-ləri  Filial müdiri  mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP