Direktor köməkçisi
 
JOB TITLE: Direktor köməkçisi
EMPLOYER: Star Mining LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-24 LAST UPDATED: N/A DEADLINE: 2018-11-23

Vəzifə: Direktor köməkçisi

İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Təhsil: Ali təhsil
İşin Təsviri: Rəhbərin günlük işinin planlanması, hesabatların hazırlanması və müvafiq məlumatların araşdırılmasına yardımçı olmaq.

Vəzifə öhdəlikləri:

- Sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
- Rəhbərin iştirakı edəcəyi toplantıların, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması və protokollaşdırılması;
- Rəhbərin qonaqlarının və telefon zənglərinin qəbulu;
- Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması, ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi;
- Ezamiyyətlər  üçün hazırlıqların görülməsi, marşrutların seçilməsi, səfər planlarının hazırlanması;
- Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Bakı, Şıx qəsəbəsi, Salyan şosesi 12, Grand-park II,
Transfer şirkət tərəfindən təmin olunur
Nahar yeməyi şirkət tərəfindən təmin olunur
İş qrafiki: 5 günlük

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 16 Noyabr 2018 tarixinədək mövzu sətirində “Direktor köməkçisi” qeyd edərək şəkilli  CV-lərini hr@starmining.az  electron poçt ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP