Mühasib ( Gəncə )
 
JOB TITLE: Mühasib ( Gəncə )
EMPLOYER: NB Purchase and Trade LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-25 LAST UPDATED: N/A DEADLINE: 2018-11-24

Şirkətin adı: “NB Satınalma və Ticarət” MMC

Vakansiya:   Mühasib

İş yeri (şəhər): Gəncə şəhəri
İş şəraiti: Bazar ertəsi – cümə: saat 09:00 - 18:00

Son tarix : 2018-11-25

E-poçt: sara.humbatova@nbgroup.az 

İş barədə məlumat 

- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Ödənişləri nəzarətdə saxlamaq
-  Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Hazır məhsulun faktiki maya dəyərini hesablamaq;
- Hazır məhsulun kalkulyasiyasını tərtib etmək;
- Hazır məhsulun satış və realizasiyasının uçotu aparmaq;
- Gündəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Tələblər 

- Ali təhsil
- Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi.
- Yaş həddi 25-dən yuxarı
- MS Office - Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli
- Riyazi qabiliyyəti mükəmməl olmalı
- Vergi qanunvericiliyini bilmək
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
- İcratçılıq, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı
- Azərbaycan, Rus dilini səlis bilmək mütləqdir, İngilis dili arzu olunandır

Sair məlumat CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını və şəhəri göstərərək sara.humbatova@nbgroup.az  ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP