Ofis meneceri
 
JOB TITLE: Ofis meneceri
EMPLOYER: Grace Beauty Complex DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-26 LAST UPDATED: 2018-10-26 DEADLINE: 2018-11-25

"Grace" Beauty complexofis meneceri” vakansiyası elan edir

Vəzifə təlimatları:

• Salona daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və aidiyyəti şəxslərə təqdim olunması;
• Ustaların iş rejiminin, iş qrafikinin tərtib olunması və qrafikə uyğun olaraq görüşlərinin təşkil olunması;
• Salona daxil olan müştərilərin qarşılanması və ustalara yönləndirilməsi;
• Zərurət yarandığı halda müştərilərə xidmətlər barədə ilkin məlumatların verilməsi;
• Salona daxil olan müştərilər haqqında statistik məlumatların hazırlanması, statistika blankının doldurulması, aidiyyəti üzrə rəhbərliyə təqdim olunması;
• Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

Vəzifəya dair tələblər:

• Ali təhsil və müvafiq sahədə iş təcrübəsi;
• Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
• Azərbaycan və rus dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı, ingilis dili bilgisi üstünlük hesab ediləcək;
• Müştəri məmnuniyyətinə nail olma və yüksək təqdimat bacarığı;
• Təşkilati bacarıqlar, yüksək etik davranış qabiliyyəti;
• Yaş həddi- 20-28
• Altıgünlük iş qrafiki.
• Əməkhaqqı: 400-500 manat (Əməkhaqqı müsahibənin nəticəsinə əsasən təyin oluna bilər)

CV-lərinizi hr@grace.az ünvanına "ofis meneceri" başlığı ilə göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP