Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: AZM Trading MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-29 LAST UPDATED: 2018-11-01 DEADLINE: 2018-11-28

İşəgötürən:  “AZM TradingMMC

Vəzifə: Mühasib

Əmək haqqı:  500-700 AZN
İş yeri:  Kürdəxanı
Yaş həddi: 23-35

İşin təsviri:

- Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi;
- Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara müəyyən edilmiş müddət ərzində Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi (ƏDV, ÖMV, SV) ;
- BTP proqramında işləməklə vergi bəyannamələrini göndərmək;
- E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləməyi  bacarığına malik olmalıdır.

Tələblər:

- Müvafiq sahə üzrə Ali və riyazi təhsil;
- Mühasibatlıq, Vergi biliklərinə - nəzəri və praktiki sahib olmalı; 
- 1C 8.3 (rus) versiyanı, MS Office və Elektron Hökümət Portalı proqramlarında işləmək bacarığı olmalı;
- Mühasibatlıq sahəsində iş təcrübəsi 1 il;
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı olmalı.  

İş qrafiki:

- Bazar ertəsi – Şənbə:  09:00  - 18:00

Maraqlanan  namizədlər mövzu yerində “Mühasib” yazmaqla CV-lərini hr@azmtrading.az  ünvanına göndərə bilərlər. Qeyd olunan tələblərə uyğun olmayan CV-lərə baxılmayacaq)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP