Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Mütəxəssis və ya texnik ( Yevlax )
 
JOB TITLE: Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Mütəxəssis və ya texnik ( Yevlax )
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-29 LAST UPDATED: N/A DEADLINE: 2018-11-28

ABBASC Yexlax filialında Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Mütəxəssis və ya texnik vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankomatlarının təmiri və texniki dəstəyin verilməsi;
 ATM, POS-terminal və ödəmə terminallarının profilaktika işlərinin aparılması;
 ATM-lərin köşk və çətirlərinin yararlı olmasına nəzarət etmək və yuyulmasını təşkil etmək.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil və ya orta texniki təhsill;
 Sahə üzrə minimum 2 il iş təcrübəsi;
 B və yaxud BC kateqoriyalı sürücülük vəsiqəsi;
 Kompyuter proqramları və ya elektronika bilikləri arzuolunandır.

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  18 Noyabr 2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Yexlax filialında Ekvayrinq şəbəkəsinə texniki dəstək üzrə namizəd” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP