Xarici satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Xarici satınalma üzrə mütəxəssis
EMPLOYER: Mətanət A DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-29 LAST UPDATED: N/A DEADLINE: 2018-11-28

İşin təsviri:

 Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
 Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
 İstehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması;
 Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
 Alınan malların keyfiyyətinə nəzarət.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

 Razılaşma yolu ilə;

Tələblər:

 Təhsil: Ali (bakalavr);
 Yaş həddi: 25-45;
 Kompüter biliyi: MS Office  (Word, Excel);
 Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
 5 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

 Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
 Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
 Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
 Satınalma sənədlərini hazırlama qabiliyyəti;
 Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
 Gömrüklə işləmə təcrübəsi;
 Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
 Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
 Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli.

Qeyd:

 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
 CV-ləri hr@matanata.com ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP