Korporativ Satışlara Dəstək Departamenti, Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis
 
JOB TITLE: Korporativ Satışlara Dəstək Departamenti, Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-30 LAST UPDATED: N/A DEADLINE: 2018-11-29

Ümumi məlumat

Kapital Bank namizədləri aşağıdakı Korporativ Satışlara Dəstək Departamentinin Biznesə Dəstək Şöbəsinin Mütəxəssisi, Aparıcı mütəxəssisi və Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Xarici valyuta köçürmələrinin sənədlərinin yoxlanılması;
• Yük Gömrük Bəyannamələrinin təqdim olunmasına nəzarət etmək;
• Əməliyyatların operativ icra olunmasına dəstək göstərmək;
• Xarici valyuta köçürmələri üzrə yaranan sorğuların cavablandırılması və kommunikasiyasını həyata keçirmək;
• Şöbənin funksiyalarından asılı olaraq birbaşa rəhbərin cari işlərlə bağlı digər tapşırıqlarının icra edilməsi.

Tələblər:

• Ali təhsil;
• Xarici valyuta köçürmələrinə dair təlimat və qanunlar üzrə biliklər;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində işləmə qabiliyyəti;
• Bankda korporativ müştərilərlə iş üzrə təcrübə - ən azı 1 illik iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dil bilikləri;
• MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmə bacarığı.


CV-lərinizi, mövzu hissəsində “Korporativ Satışlara Dəstək” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP