Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-30 LAST UPDATED: N/A DEADLINE: 2018-11-29

Mühasib

“Avrora” firması 2000-ci il tarixindən etibarən Azərbaycanda-Bakıda fəaliyyətə başlamışdır. Öz istehsal sahələrində istehsal edilən məhsulları, həmçinin distribyutorluğunu etdiyi şirkətlərin məhsullarını marketlərə və istehlakçılara çatdıran “AVRORA” firması,qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunmuş geniş ticarət şəbəkəsinə sahibdir.

Vəzifə və öhdəlklər:

• Mühasibat uçotu bölməsinə aid olan sənədləri təhvil almaq, qeydiyyat və nəzarətini təmin etmək;
• Mühasibatlıq əməliyyatlarının vaxtında qeyd olunmasını təmin emək;
• Mühasiblərin hesabatlarının zamanında verilməsini təmin etmək;
• Hesabatların verlməs üçün şöbədaxil zəruri məlumat dövriyyəsini idarəetməli, aidyyatı hesabat sənədlərin qaydalara uyğun olaraq saxlanılmasını təmin etməli;
• Mühasibatlıq sənədlərinin saxlanması və eyn zamanda arxivləşdirilməsini təmin etməli;
• Müvafiq sənədlərə əsasən sstemdəki invertarların hərəkətini və hesabdan çıxarılmasını təmin etməli;
• Anbarlar üzrə qalıq və qalıq növlərinə nəzarəti həyata keçirməli;
• Mühasibatlıqda şübhəli borclar üzərində nəzarəti həyata keçirməli;
• Anbarların inventarlaşdırılmasında iştirak etməli;
• Əməliyyatlarını qeydiyyatını apararaq hesablarda qeyd etməklə sistemə daxil etməli;
• Ehtiyac yarandığı təqdirdə müvafiq sahələr üzrə rəhbər və aidiyyatı işçilərə yardım etməli;
• Aidiyyatı üzrə funksiyaları daxilində digər məsələlərin həllində iştirak etməli.

Namizədə olan tələblər:

• İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə - Ali təhsil;
• Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
• Mühasibat uçotu və vergi qanunvericiliyi, İFRS üzrə mükəmməl biliklərə sahib olmalı;
• Müvafiq sahə üzrə sertifikatları olmalı;
• ERP sistemləri üzrə bilik və təcrübələri olmalı, eyni zamanda LOGO Enterprise, MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
• Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlküdür.

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib” yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP