Anbar Meneceri
 
JOB TITLE: Anbar Meneceri
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-31 LAST UPDATED: 2018-11-07 DEADLINE: 2018-11-30

Anbar Meneceri

MKT-İK MMC (Pambıq müəssəsi) Anbar Meneceri vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Anbara daxil olan məhsullarının qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək,
• Həm şöbə daxilində, həm də şirkətin digər şöbələrilə əlaqədə sənədləşmənin təmini,
• Anbar təsərrüfatı üzrə istehsal proseslərini, əməyin təşkili və əmək şəraitinin öyrənilməsi, əmək məhsuldarlığının artım ehtiyatlarının aşkar edilməsi işlərinə rəhbərlik edir,
• Anbarlarda və sahələrdə iş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması və əməyin elmi təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil edir,
• Mədaxil-məxaric  sənədlərin  tərtib  edilməsinin və  təhvil  verilməsinin qaydalarına riayət etməsini və hesabatların aparılmasını təmin etmək,
• Mal-material dəyərlərinin inventarlaşdırma işlərində iştirak etmək,
• Nəzarət  etdiyi bütün işləri əvvəlcədən planlaşdırmaq, riskləri qiymətləndirmək,
• Riskin qiymətləndirilməsi zamanı hər-hansı bir təkmilləşmənin gözdən keçirilməsindən və lazımi halda tətbiq olunmasından əmin olmaq,

Tələblər

• Ali təhsil;
• Anbar sahəsində 5 ildən az olmayan iş stajı;
• Anbarın idarə olunması və anbara nəzarət üzrə iş təcrübəsi;
• Mühasibatlıq sahəsi üzrə biliklər;
• Kompüter bilikləri-1C, Word, Excell;
• Anbar işini idarə etmək,malların  qəbulu ,onların saxlanılması, buraxılması və uçotu ilə bağlı işləri təşkil etmək;
• Təchizat zəncirini dərin biliklər;
• Yüksək İdarəetmə qabiliyyəti;
• Daim Ezamiyyətlərə gedə bilmək;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Əmək haqqı: Minimum 1200 AZN ( Namizəddən aslı olaraq daha yüksək ola bilər).

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində  hr@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Anbar Meneceri” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP