Şöbə müdiri - Baş Mühasib
 
JOB TITLE: Şöbə müdiri - Baş Mühasib
EMPLOYER: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-01 LAST UPDATED: 2018-11-02 DEADLINE: 2018-12-01

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Şöbə müdiri - Baş Mühasib

Departament: Maliyyə
Şöbə: Mühasibatlıq

Vəzifə öhdəlikləri:

• Dövlət büdcəsindən ayrılmış və büdcədən kənar vəsaitlərin təyinatı üzrə səmərəli istifadə edilməsi və xərclərin təsnifat kodları üzrə uçotunu həyata keçirmək;
• Müvafiq qanunvericiliyə uyğun olaraq aktiv və öhdəliklərin uçotunu həyata keçirmək, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və dövriyyə vəsaitlərinin inventarizasiyalarını aparmaq, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və onların nəticələri üzrə köhnəlmiş və yararsız hala düşmüş inventarların silinməsi barədə rəhbərliyə təkliflər vermək;
• İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
• Mühasibat uçotunun beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun təşkilini həyata   keçirmək;
• Dövlət orqanlarına hesabatları (vergi, DSMF, statistika) təqdim etmək;
• Əmək haqların və digər ödəmələrin (o cümlədən, ezamiyyə xərclərinin) düzgün hesablanmasını və vaxtında ödənilməsini, həmçinin vergi və digər tutulmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini təmin etmək;
• Bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədi ilə zəruri tədbirlər görmək;
• Qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunması nəzərdə tutulan məlumat və hesabatları, o cümlədən maliyyə hesabatlarını hazırlamaq və muvafiq orqanlara göndərilməsi üçün rəhbərliyə təqdim etmək;
• Maliyyə, büdcə, ştat, kassa və qanunvericiliklə nəzərdə tutulmuş norma və intizamlara riayət etmək;

Vəzifə üçün tələblər:

• Ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit);
• Maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib sahəsində əmək stajı;
• Vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməli;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (İFRS) bilməli;
• İngilis və rus dilləri üzrə orta səviyyədə danışıq və yazı bacarıqları;
• MS Excel və 1C - nin mükəmməl istifadəçisi olmalı;
• ACCA, CIMA imtahanlarında uğurla iştirak etmiş namizədlərə üstünlük veriləcək;
• İri həcmli məlumatlarla işləmək bacarığı, yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları.

Maraqlanan namizədlər CV-lərini 15 noyabr 2018-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Əmək haqqı yüksəkdir.

 

Employer: State Agency on Mandatory Health Insurance

Position: Head of Division- Chief Accountant

Department: Finance
Division: Accounting

Roles and Responsibilities:

• Control efficient use of public and private funds;
• Control over fixed assets ledger, record-keeping of fixed assets, depreciation in accordance with local/internal regulations;
• Prepare reconciliations of balance sheet;
• Prepare and submit reports to local state authorities (TAX, SSPF, Statistics);
• Administering payrolls and controlling income and expenditure;
• Recommend methods and strategies for cutting costs;
• Compliance to procedures and international accounting standards;
• Statutory reporting requirements;
• Perform appraisals of accounting staff performance;
• Succession planning, coaching and mentoring accounting staff;
• Client and vendor contract management;
• Maintaining local finance procedures;
• Perform month-end accounting activities such as reconciliations and journal entries;
• Generate financial reports and statements to Managers for review;
• Monitor expenditures, analyse revenues and determine budget variances and report to management;
• Monitor and record financial transactions according to company policies and regulations;
• Review and recommend changes to existing accounting procedures.

Requirements:

• University degree (Economics, Finance, Finance and Credit);
• Minimum 5 years of work experience in finance and accounting and minimum 2 years as chief accounting;
• Knowledge of local tax legislation, employment and civil laws, and regulations;
• Knowledge of IFRS;
• Proficiency in dealing with big data;
• Ability to work on own initiative and as part of a team;
• Ability to coach and mentor others;
• Ability to work under pressure and tight deadlines for month-end close;
• Able to interact with internal stakeholders with professionalism and integrity;
• Excellent communication skills (an effective communicator);
• Ability to work with minimal supervision;
• Person of high integrity and with self-discipline;
• High analytical, communication (both written and verbal) and team player skills;
• English and Russian (speaking and writing);
• Advanced user of MS Excel and 1C;
• ACCA, CIMA is a preference.

 Are you interested?

Please send your applications to hr@its.gov.az by November 15, 2018
Please specify the name of the position in subject.

Shortlisted candidates ONLY will be contacted
Salary is high.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP