İnformasiya Sistemlərinin idarəedilməsi üzrə mütəxəssis
 
JOB TITLE: İnformasiya Sistemlərinin idarəedilməsi üzrə mütəxəssis
EMPLOYER: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-01 LAST UPDATED: 2018-11-02 DEADLINE: 2018-12-01

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: İnformasiya Sistemlərinin idarəedilməsi üzrə mütəxəssis

Departament: İnformasiya texnologiyaları

Vəzifə öhdəlikləri:

• İnformasiya sistemlərinə aid olan istifadəçi sorğularını və ehtiyaclarını qəbul edilməsi, sistemdə olan səlahiyyət çərçivəsində, sistem istifadəçilərinin sorğularının həll edilməsi, lazım olan hallarda istifadəçi sorğularının birbaşa rəhbərinə yönəldilməsi;
• Texniki Tapşırıqlarının hazırlanması;
• İnformasiya sistemi vasitəsilə iş prossesinin avtomatlaşdırılması və effektivliyinin artırılması istiqamətində texniki tapşırıqların hazırlanması, və bütün departamentlərdə informasiya sisteminin işininin təmin edilməsi;
• Mövcud olan informasiya sistemlərinin dəstəklənməsi, sazlanması və modullarının tətbiqində iştirak;
• İnformasiya sistemlərinin icrası və tətbiqi üçün Agentlik əməkdaşları və Agentlik sistemlərindən istifadə edən kənar istifadəçilər üçün təlimlər keçirilməsi;
• Mövcud olan informasiya sistemlərinin təlimatlarının, istifadə və istismarı haqqında metodik və normativ materiallarının hazırlanması və texniki dəstəyinin təmin edilməsi.

Vəzifə üçün tələblər:

• Ali texniki təhsil;
• İnformasiya texnologiyaları, informasiya prosesləri;
• Microsoft Office proqram paketi ilə professional işləmək bacarığı;
• Dil bilikləri - Azərbaycan, rus dillərinin bilikləri, ingilis dilinin əsas bilikləri;
• 2-3 il bu sahədə iş təcrübəsi.

Bacarıqlar:

• Təşəbbüskarlıq;
• Ünsiyyət qurma bacarığı;
• Dəqiqlik;
• Operativlik;
• Problemli halları həll etmək bacarığı;
• Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini 15 noyabr 2018-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP