Strateji araşdırmalar və tərəfdaşlarla iş sektorunun baş/aparıcı mütəxəssisi
 
JOB TITLE: Strateji araşdırmalar və tərəfdaşlarla iş sektorunun baş/aparıcı mütəxəssisi
EMPLOYER: AzerGold CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-12 LAST UPDATED: N/A DEADLINE: 2018-12-12

Şirkət haqqında:

AzerGoldQSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Strateji araşdırmalar və tərəfdaşlarla iş sektorunun baş/aparıcı mütəxəssisi

Əsas vəzifə və öhdəliklər:

• Dünyada qiymətli və əlvan metallar üzrə bazar məlumatlarını və qiymət trendlərini təhlil etmək;
• Dünyada mədən sənayesində baş verən yeniliklər və inkişaf istiqamətlərini mütəmadi izləmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflər hazırlamaq;
• Ölkə üzrə və qlobal iqtisadiyyat üzrə əsas makroiqtisadi göstəriciləri, orta və uzunmüddətli dövrlər üçün iqtisadi proqnozları təhlil etmək;
• Yeni biznes imkanlarına dair təhlillərin aparılması və təkliflərin hazırlanmasında iştirak etmək;
• Cəmiyyətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək;
• Yeni investisiya layihələri üzrə aparılacaq təhlillərdə iştirak etmək;
• Cəmiyyətin inkişafı ilə bağlı strateji əməkdaşlıqların yaradılması, tərəfdaşların tapılmasını təmin etmək;
• Beynəlxalq təşkilatlarla, xarici şirkət və partnyorlarla işgüzar əlaqələr yaratmaq və inkişaf etdirmək;
• Cəmiyyətə faydalı ola biləcək yeni innovasiyaların tətbiq olunmasının araşdırılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
• Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat, beynəlxalq əlaqələr ixtisasları üzrə ali təhsil;
• Minimum 4 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Strateji araşdırmalar və tərəfdaşlarla iş üzrə baş/aparıcı mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP