Ödənişsiz hüquqi məsləhətlər
 
JOB TITLE: Ödənişsiz hüquqi məsləhətlər
EMPLOYER: Council of Europe DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-12 LAST UPDATED: N/A DEADLINE: 2018-12-12

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının  Hüquqi Təminat Bölməsi əhalinin aztəminatlı təbəqələrinə ödənişsiz hüquqi məsləhətlər verir.

Ədliyyə Akademiyasının Hüquqi Təminat Bölməsində hüquq fakültəsinin tələbələri təcrübəli vəkillərin nəzarəti altında əhalinin aztəminatlı təbəqələrinə: təqaüdçülərə, əlillərə, qaçqın və məcburi köçkünlərə, təhsil alan gənclərə və digər şəxslərə məsləhət formasında pulsuz hüquqi yardım göstərəcəklər.

Hüquqi Təminat Bölməsində Sizə hüquqi sənədlərin lazımi qaydada tərtib edilməsində yardım ediləcək, o cümlədən dövlət orqanlarında və başqa təşkilatlarda maraqlarınızın müdafiəsi üçün atacağınız addımların qaydası və ardıcıllığı izah ediləcək.

Əgər siz Hüquqi Təminat Bölməsinə müraciət etməyi qərara almısınızsa, zəhmət olmasa zəng edərək işin mahiyyəti barədə qısa məlumat verin, məsləhət üçün gələcəyiniz gün və vaxt barədə Bölməmizin əməkdaşı ilə razılaşaraq, qeydiyyatdan keçin.

Siz həftənin 1-5-ci günləri saat 10:00-dan 18:00-dək Hüquqi Təminat Bölməsinə  müraciət edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158 (Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında)
Telefon: (012) 598 28 52
E-mail: hugugi_yardim@yahoo.com

Hüquqi yardım layihəsi Azərbaycan Respublikası Ədliyyə Akademiyasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə əməkdaşlığı ilə Avropa Şurasının və Avropa İttifaqının “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” Birgə Proqramı çərçivəsində həyata keçirilir. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP