Satış üzrə mütəxəssis
 
JOB TITLE: Satış üzrə mütəxəssis
EMPLOYER: AGA Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-12 LAST UPDATED: N/A DEADLINE: 2018-12-12

AGAŞirkətlər Qrupu  1994-cü ildə təsis edilmişdir. Azərbaycanda iş mərkəzlərinin qurulmasında və istismarında  ilklərdən olan “AGA” Şirkətlər Qrupu yeni binaların tikintisi və göstərilən xidmətlərin inkişaf etdirilməsi vasitəsilə əməliyyatlarını genişləndirərək Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. “AGA” Şirkətlər Qrupuna bir neçə şirkətlər daxildir. Bu şirkətlərdən biri də mühasibatlıq,kadr kargüzarlığı, konsaltinq və audit sahəsində xidmət göstərən "Kaspian Audit" MMC-dir.

"Kaspian Audit" MMC aşağıda qeyd olunan vəzifə üzrə vakansiya elan etməkdən məmnunluq duyur:

Vakansiya: Satış üzrə mütəxəssis

Əmək haqqı: 300 AZN + Bonus

Namizədə tələblər:

- Yaş: 25-30
- Təhsil: Ali (İqtisadiyyat və maliyyə təhsilli olmalı)
- İş stajı: 1 il (satış sahəsində)
- Dil biliyi: Azərbaycan, Rus, Səviyyə: Əla (İngilis arzuolunan)
- Kompüter biliyi: MS Office Səviyyə: Əla
- Marketinq və bazar seqmentlərinin əsasları
- Satışın psixologiyası və prinsipləri
- İşgüzar ünsiyyətin etikası
- Əlavə mühasibatlıq üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş barədə məlumat:

- Müəssisənin xidmətlərinin təşkili və aparılması
- Potensial müştərilərin axtarışı
- Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması
- Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılması
- Müəssisənin xidmətlərində müştərilərin tələbatlarının araşdırılması, müştəri ilə sifarişin razılaşdırılması
- Müştərilərin təsdiq olunmuş satış proqramına müvafiq müəssisə ilə iş birliyinə cəlb olunması
- AR əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: bazar ertəsi - cümə; Şənbə qısaldılmış iş günü; bazar - istirahət

Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən  CV- lərini “Satış üzrə mütəxəssis” yazaraq recruitment@agagroup.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP