Korporativ Satış mütəxəssisi
 
JOB TITLE: Korporativ Satış mütəxəssisi
EMPLOYER: Zeta Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-12 LAST UPDATED: N/A DEADLINE: 2018-12-12

Zeta Group “Korporativ Satış mütəxəssisi” üzrə vakansiya elan edir.

Namizədə tələblər:

• Yaş: 25-35
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali (Satış və marketinq sahəsində)
• İş təcrübəsi: Korporativ satış sahəsində +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) İngilis (yaxşı)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər:

• Ünsiyyət qurmaq bacarığı
• Nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Müştəri yönümlü satış etmə bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Potensial korporativ müştərilərin cəlb edilməsi və onlarla işgüzar əlaqələrin qurulması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Məhsullar, keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasının formalaşdırılması;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri:

• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 600AZN+bonus

Maraqlanan şəxslər öz CV formalarını cv@zeta.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP