
Ümumi məlumat
Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentinin Satınalma və Təchizat Şöbəsində Mütəxəssis vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Bankın ehtiyaclarına uyğun tenderlərin təşkil edilməsi; • Satınalma sənədləri və müqavilələri üzrə işin təşkil edilməsi; • Tədarükçü şirkətlərlə işgüzar əlaqələrin yaradılması və danışıqların aparılması.
Tələblər
• Ali iqtisadi təhsil; • Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti; • Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq; • Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti; • MS Excel proqramı üzrə yüksək biliklər; • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi.
CV-lərinizi, mövzu hissəsində “Satınalma” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.
|