Keyfiyyət və SƏTƏM üzrə nümayəndə
 
JOB TITLE: Keyfiyyət və SƏTƏM üzrə nümayəndə
EMPLOYER: Caspian Engineering Solutions MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-13 LAST UPDATED: 2018-11-13 DEADLINE: 2018-12-13

Vəzifə öhdəlikləri:

• Keyfiyyətin və SƏTƏM-in idarə olunması sisteminin sənədləşdirilməsinə, sənədlərin işlək vəziyyətdə saxlanmasına və tətbiqinə rəhbərlik etmək.Keyfiyyət və SƏTƏM idarə sistemlərin fəaliyyətində CES -nin keyfiyyət və əmək təhlükəsizliyi sahəsində siyasəti və məqsədlərinin reallaşdırılmasına nəzarət etmək.
• Keyfiyyət və SƏTƏM idarə sistemlərin fəaliyyətində qüvvədə olan beynəlxalq və yerli standartların tələblərinə riayət olunmasına nəzarət etmək.
• KİS və SƏTƏM-in tətbiqinin səmərəliliyini vaxtaşırı dəyərləndirmək və bu barədə hesabat hazırlayıb CES-nin  direktoruna təqdim etmək.
• KİS-in fəaliyyətinin nəticələrini gözdən keçirmək və dəyər-ləndirmək üçün müvafiq toplantıların keçirilməsini təmin etmək.
• Şirkətdə yekun işin keyfiyyətinə təsir edə biləcək funksiyların, proseslərin uyğunluğuna, yoxlama üsullarının düzgün seçilməsinə, düzgün  və  vaxtında tətbiqinə, müvafiq qeydlərin aparılmasına nəzarət etmək.
• Uyğun olmayan xidmətin təsbit edilməsi, təhlili və bir daha təkrarlanmaması şərtiylə uyğunsuzluğun aradan qaldırılması üçün aparılan düzəldici fəaliyyətləri izləmək.
• Sifarişçilərin  tələblərinin nəzərə alınmasına nəzarət etmək, onların irad və təkliflərinin qiymətləndirilməsini  və nəzərə alınmasına nəzrət etmək.
• KİS-in tətbiqinin nəticələrini müvafiq şəkildə təhlil edərək,  Şirkətdə KİS-in davamlı təkmilləşdirmə imkanlarını  müəyyənləşdirmək.
• Düzəldici və önləyici fəaliyyətlərin tətbiqini təmin etmək və səmərəliliyini yoxlamaq.
• Keyfiyyət və SƏTƏM üzrə qeydlərin aparılmasına, sənədləşdırılməsinə, işçi vəziyyətdə saxlanmasına  və  s. nəzarət etmək.
• Şirkətdə keyfiyyət və SƏTƏM üzrə daxili auditləri təşkil etmək, audit nəticəsində müəyyənləşdirilmiş zəruri düzəldici fəaliyyətlərin səmərəli tətbiqini yoxlamaq..
• Təlimə (treninqə) olan ehtiyacları müəyyənləşdirməsi və müvafiq təlimlərə göndərilməsinə nəzarət etmək.
• Təlim planının təsirli şəkildə həyata keçirilməsini və təlimdənsonrakı qiymətləndirmələrinə nəzarət etmək.
• Şirkətdə tətbiq ediləcək statistik təhlil üsullarını müəyyənləşdirmək və tətbiqini təmin etmək.
• KİS-in və SƏTƏM prosedurlarını, keyfiyyət üzrə rəhbərliyi, təlimatları, formaları hazırlamaq, təsdiqlətmək və paylamaq.
• Müəssisənin prosedurlarına görə aidiyyatı şəxslərin üzərlərinə düşən vəzifələri yerinə yetirməsinə nəzarət etmək.

Tələblər:

• Ali təhsil
• Ən azı 2 il iş təcrübəsi
• Ofis proqramlarında sərbəst iş bacarığı;
• Dil bilikləri (rus, ingilis dili)
• Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı
• İşgüzar və məsuliyyətli olmalı;

Bilməli:

• İSO 9001:2008, İSO  14001:2015, OHSAS 18001:2007
• Hazırki vəzifə təlimatını, iş  prosesinə aid prosedurları, qayda və təlimatları
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını
• Fövqəladə hallar zamanı davranış qaydalarını
• Keyfiyyət İdarəetmə sistemi haqqında
• ISO 9001:2015
• ISO 14001:2015
• OHSAS 18001:2007

Dəyərləndirilir:

• AZS ISO 17025
• AZS ISO 17020

Şərtlər:

• Əmək haqqı namizədlə görüş zamanı müəyyənləşdiriləcək.
• İş saatı: 09:00-dan 18:00-dək (5 günlük iş rejimi)
• Şirkət tərəfindən naharla təmin ediləcək

Əlavə məlumat :

• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyət və Sətəm üzrə nümayəndə” yazaraq support@ces.az  ünvanına göndərmələri xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP