Ümumi İngilis dili/IELTS müəllimi
 
JOB TITLE: Ümumi İngilis dili/IELTS müəllimi
EMPLOYER: Baku City Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-13 LAST UPDATED: N/A DEADLINE: 2018-12-13

Baku City Academy  IELTS müəllimlərini işə dəvət edir. Öz sahəsində təcrübəli, daimi inkişafa yönəlik, ünsiyyət bacarığına malik, məsuliyyətli şəxslərin müraciəti arzu olunandır.

İş barədə məlumat:

- Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək;
- Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək;
- Çalışmalar, test materialları və imtahan sualları hazırlamaq;
- Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq;
- Tələbələrin nailiyyətlərini ölçmək.

Namizədə tələblər:

- Müvafiq sahə üzrə ən azı bir il iş təcrübəsi;
- IELTS, TOEFL, TEFL, TESOL kimi beynəlxalq sertifikatlardan ən azı birinə  malik olmaq;
- İşə ciddi və məsuliyyətli yanaşmaq;
- Müxtəlif yaş qrupları ilə işləməyi bacarmaq.

İşə qəbul imtahan və müsahibə yolu ilə həyata keçiriləcəkdir. Hər iki mərhələni uğurla keçmiş şəxslər Bizimlə birgə əməkdaşlıq edəcəkdir. Maraqlanan şəxslərdən öz CV-lərini info@bakucityacademy.com ünvanına “IELTS” başlığı ilə göndərməsi xahiş olunur.
Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya və ya ofisimizə yaxınlaşa bilərsiniz.
info@bakucityacademy.com
+994 12 595 65 05
+994 50 596 65 05
Azərbaycan pr-ti 23

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP