
Baku City Academy IELTS müəllimlərini işə dəvət edir. Öz sahəsində təcrübəli, daimi inkişafa yönəlik, ünsiyyət bacarığına malik, məsuliyyətli şəxslərin müraciəti arzu olunandır.
İş barədə məlumat:
- Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək; - Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək; - Çalışmalar, test materialları və imtahan sualları hazırlamaq; - Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq; - Tələbələrin nailiyyətlərini ölçmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ən azı bir il iş təcrübəsi; - IELTS, TOEFL, TEFL, TESOL kimi beynəlxalq sertifikatlardan ən azı birinə malik olmaq; - İşə ciddi və məsuliyyətli yanaşmaq; - Müxtəlif yaş qrupları ilə işləməyi bacarmaq.
İşə qəbul imtahan və müsahibə yolu ilə həyata keçiriləcəkdir. Hər iki mərhələni uğurla keçmiş şəxslər Bizimlə birgə əməkdaşlıq edəcəkdir. Maraqlanan şəxslərdən öz CV-lərini info@bakucityacademy.com ünvanına “IELTS” başlığı ilə göndərməsi xahiş olunur. Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya və ya ofisimizə yaxınlaşa bilərsiniz. info@bakucityacademy.com +994 12 595 65 05 +994 50 596 65 05 Azərbaycan pr-ti 23
|