Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: TID Consulting DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-13 LAST UPDATED: N/A DEADLINE: 2018-12-13

Baş mühasib tələb olunur.

İş barədə məlumat:

- Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- Bank hesablarıı üzrə ödənişlərin həyata keçirilməsi
- Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət), DSMF hesabatlarının (B1, B3), Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi
- Elektron Vergi Hesab Faktura, Qaimə Faktrura,Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərinin hazırlamaq (gündəlik və aylıq müxbirləşmələr, memorial orderlərin, dövriyyə qalıq cədvəlləri, müəssisənin balansı və s. maliyyə hesabatlarının tərtib etmək.)

Namizədə tələblər:

- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Göstərilən sahə üzrə min. 3 il iş təcrübəsi
- MS Office və 1C (8.2) proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Azərbaycan və rus dili bilikləri
- Ünsiyyət qura bilmə bacarığı

Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir.

Maraqlanan şəxslər CV-lərini office@tidconsulting.com ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP