Brend təmsilçisi (Elektronika üzrə)
 
JOB TITLE: Brend təmsilçisi (Elektronika üzrə)
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-14 LAST UPDATED: N/A DEADLINE: 2018-12-14

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO  brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az  və www.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Şirkətimiz yeni açılacaq  OPTİMAL  filialı üçün elektronika üzrə brend təmsilçisi  vakansiyasını açıq elan edir:

Vakansiya: Brend təmsilçisi (Elektronika üzrə)

Brend təmsilçisi- bizim şirkətdə brend menecerlərin əksəriyyəti brend təmsilçisi vəzifəsindən başlayaraq Optimalda öz karyeralarını qurublar.  Biz bu vakansiya üzrə seçim mərhələrində  pozitiv, mehriban, xoş görünüşlü, ali məktəbi yeni bitirmiş,  böyük kollektivdə təcrübə qazanmaq istəyən gənclərimizə üstünlük veririk.    Əgər Siz də dünya brendlərini, bizim şirkətdə təmsil etmək, mehriban, pozitiv kollektivin tərkib hissəsi olmaq istəyirsinizsə, bizə qoşulun.

Tələblər:

• Təhsil: Ali və ya orta;
• Azərbaycan və rus dillərini səlist bilməli, ingilis dilini bilənlərə üstünlük verilir.
• Satış təcrübəsi arzu olunandır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Məhsulları təqdim etmək bacarığına malik olmaq.
   Xarici görünüş
• Təmiz, səliqəli, gülərüz

Əsas vəzifələr:

• Müştəriləri gülərüzlə qarşılayıb, onları maraqlandıran saulları cavablandırmalıdır;
• Filiala daxil olan müştərilərə  məhsul haqqında məlumat verməlidir;
• Lazım gəldikdə məhsulun istifadə olunması texnikasını müştəriyə canlı nümayiş etdirməlidir;
• Daimi olaraq təmsil etdiyi brendin məhsullarının xüsusiyyətlərini öyrənməlidir;
• Brend menecerlərin müvafiq göstərişlərinin yerinə yetirilməsi;
• Müştəri təqdim edilən məhsulu almaq istədikdə, onu lazımi filiala yönləndirməlidir.

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Geyim;
• Ödənişsiz təlimlər;
• Bilik və bacarığınıza uyğun yüksək əmək haqqı;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Brend  təmsilçisi” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 20.12.2018

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP