1C Operator (Anbar)
 
JOB TITLE: 1C Operator (Anbar)
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-14 LAST UPDATED: N/A DEADLINE: 2018-12-14

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. 
"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya:  1C Operator (Anbar)

Tələblər:

• Təhsil: Ali;
• Azərbaycan dilini səlist bilməlidir.
• Anbarda 1C operator kimi minimum 1 il iş təcrübəsi olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

Vəzifələr:

• Mağazalar tərəfindən verilən sifarişlərin qeydə alınması və yerdəyişmə qaimələrin yaradılması;
• Produkt menecerlər tərəfindən verilən yeni məhsulların bölgünün sənədləşdirilməsi (yerdəyişmə qaimənin yaradılması);
• Elektron poçt ilə göndərilən çıxışların qeydə alınması;
• Açıq qaimələrin araşdırılması;
• Satışların analiz olunub, qaimələrin çap olunması;
• Anbara TİR gələn zaman, TİR-dəki məhsulların borclu olan müştərilərə rezervlənməsi;
• Elektron məktublara cavab vermək və Anbar ofis əməkdaşlarına yönləndirməsi;
• Anbara daxil olan məhsulların sistemə giriş olunması üçün, giriş sənədinin sistemə vurulandan sonra yoxlanılması;
• Çatdırma qaimələrinin ləğv və qeyri real təsdiq olunması və bu prosesə nəzarət olunması;
• Təxirə düşən çatıdırmalara nəzarət olunması və saxlanması;
• Satışlarda anbar dəyişikliyinin edilməsi;
• Gələcək və ya qeyri müəyyən vaxta təxirə düşən çatdırmalarda mağazalardan götürülən məhsul olarsa, həmin məhsulların qeydiyyata alınması.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Karyera yüksəlişi imkanı

Biz Siz təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “1C Operator (Anbar)”  qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 30.12.2018

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP