Maliyyə Meneceri
 
JOB TITLE: Maliyyə Meneceri
EMPLOYER: Kaspi Təhsil Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-15 LAST UPDATED: 2018-11-15 DEADLINE: 2018-12-15

“Kaspi” Təhsil Şirkəti Maliyyə Meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

• Şirkətin Maliyyə departamentini, informasiya və daxili nəzarət sistemlərini və maliyyə vəsaitlərini bütün mövcud siyasət və prosedurlara müvafiq şəkildə idarə etmək, eyni zamanda Maliyyə Siyasəti və Əməliyyat Prosedurlarının işlənib hazırlanmasına, sənədləşdirilməsinə və dəstəklənməsinə, o cümlədən iş xüsusiyyətlərinin monitorinqinə cavabdeh olmaq;
• Maliyyə məlumatlarının təhlili və şərhinə görə cavabdeh olmaq və bunları geniş əhatəli formada, müvafiq versiyalarla əməliyyatlarda tətbiq etmək;
• Daxili və ya xarici audit üzrə islahedici tədbir planlarının və istehsalat hesabatlarının işlənib hazırlanmasında və həyata keçirilməsində digər şöbə başçılarına yardım göstərmək; 
• Mənfəət və məhsuldarlığın artırılmasını, eyni zamanda maya dəyərinin aşağı salınmasını təmin edəcək etalon sınaqlarının işlənib hazırlanmasında və həyata keçirilməsində kömək etmək;
• Şirkətin maliyyə və statistik məlumatlarının dəqiqlik və ardıcıllıqla qeydə alınması və məruzə edilməsi məqsədilə hesabların, əmək haqqı cədvəlinin və xərclər kataloqunun birdəfəlik xəritəsinin, habelə hesabların funksiyasının işlənib hazırlanmasında, saxlanmasında və onlara riayət olunmasında iştirak etmək;
• Şirkətin mövcud siyasətinə, mühasibat uçotu hesabları və yaxud mühasibatlıq məsələləri xüsusunda digər müqavilə sazişlərinə müvafiq qaydada məruzələrin təmin edilməsinə görə Şirkət qarşısında məsuliyyət daşımaq;
• Balans hesablarını seçkili əsaslarla təhlil etmək və aylıq daxili bençmarkinqin və iş xüsusiyyətlərinin təhlilinə dair hesabatlar hazırlamaq;  
• Şirkətin maliyyə məsələlərinə təsir göstərən bütün yerli vergi qanunlarına riayət olunmasını, o cümlədən lazımi icazə və lisenziyaların alınmasını təmin etmək;
• Bütün icarə və podrat müqavilələri, habelə Şirkətin maliyyə statusuna təsir göstərə biləcək hər hansı digər hüquqi akt və sənədlər üçün məsuliyyət daşımaq;
• Şirkətin Maliyyə departamentinin səmərəli işləməsini təmin etmək;  
• Kredit və yığım prosedurlarını və normativlərini işləyib hazırlamaq, yerinə yetirmək və icrasına nəzarət etmək;
• Dəqiq və tam maliyyə və menecment hesabatlarını təqdim etmək;
• Bütün istehsalat şöbələri ilə sıx və səmərəli iş münasibətləri qurmaq;
• Digər tapşırılan mümkün vəzifələri yerinə yetirmək.

Vakansiya tələbləri:

• Müvafiq sahə üzrə ali təhsil (Maliyyə, Mühasibat Uçotu və oxşar fakultələr);
• Mühasibatlıq və maliyyə sahəsində minimum 7-10 il iş təcrübəsi;
• Maliyyə departamentinin rəhbəri vəzifəsində minimum 3 illik təcrübə;
• Azərbaycan dilində səlis, İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarığı;
• MS Office - Excel proqramının əsas funksiyaları üzrə sərbəst işləmək bacarığı;
• 1C proqramı, ERP proqramlarında işləmək bacarığı;
• ACCA , CIMA, CFA üzrə sertifikatlar;
• Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkili sahəsində biliklər;
• Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodları, daxili təsərrüfat rezervlərinin üzə çıxarılması üzrə biliklər;
• Pul vəsaitlərinin, əmtəə-material dəyərlilərinin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını üzrə biliklər;
• Kreditor və debitorlarla hesablaşma qaydaları üzrə biliklər;
• Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtləri, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydaları üzrə biliklər;
• Pul vəsaitlərinin və əmtəə-material dəyərlilərinin inventarizasiyanın keçirilmə qaydaları üzrə biliklər;
• Mülki, maliyyə, vergi və təsərrüfat qanunvericiliyi üzrə biliklər;
• Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarıqları, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti. 

Əlavə məlumatlar:

• İş yeri: Bakı ş., “Kaspi” Təhsil Şirkəti
• Elan tarixi: 15.11.2018
• Son müraciət tarixi: 02.12.2018

Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP