Barista (Bakı)
 
JOB TITLE: Barista (Bakı)
EMPLOYER: Stories Coffee Libraff MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-15 LAST UPDATED: N/A DEADLINE: 2018-12-15

Vəzifə adı: Barista (Bakı)

İş yeri: Bakı

İşəgötürənin adı: STORIES COFFEELİBRAFF MMC

İş haqqında:

Biz, müxtəlif növ çay və qəhvə, isti və soyuq içkiləri hazırlamağı bacaran baristalar axtarışındayıq.  Baristanın əsas vəzifə öhdəlikləri - müştərilərə menyu üzərindən tövsiyyələr vermək və sifarişləri qəbul etməkdir. Bu işdə uğurlu olmaq üçün siz müştəri xidmətləri sahəsində yüksək bacarığa və qəhvə üzrə biliklərə sahib olmalısınız.   

Vəzifə öhdəlikləri:

• Daxil olan müştəriləri salamlamaq
• Müştərilərə menyunu təqdim etmək və menyu (içki və şirniyyatların tərkibi) ilə bağlı sualları cavablandırmaq
• Sifariş qəbul edərkən detallara diqqət yetirmək (məsələn, qəhvə növü, süd və şəkərin miqdarı və s.)
• Hazır desertləri və içkiləri təqdim etmək
• Ödənişləri (nağd və kredit kartları) qəbul etmək, kassa əməliyyatlarını aparmaq
• İş yerini təmiz saxlamaq
• Qabların və fincanların təmizliyini qorumaq və ehtiyyatda saxlamaq
• Menecerə müştəri rəylərini bildirmək və menyu üçün yeniliklərlə bağlı tövsiyyələr vermək

Tələblər

• Bu sahədə iş təcrübəsi arzu olunandır
• Sanitariya qaydaları üzrə biliyin olması
• Elementar riyazi biliklərin olması
• Müştərilərlə işləmək bacarığı
• Yüksək ünsiyyət bacarıqları
• Müvafiq diplom və yaxud sahə üzrə sertifikatların olması üstünlükdür

Yuxarıdaki tələblərə uyğun gələn namizədlər CV-ləri hr@libraff.az ünvanına göndərərək mövzu yerində vəzifə adı göstərməklə müraciət edə bilərlər.
QEYD: Vəzifə adı qeyd olunmayan müraciətlərə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP