Oyuncaq və dəftərxana kateqoriyası üzrə mütəxəssis
 
JOB TITLE: Oyuncaq və dəftərxana kateqoriyası üzrə mütəxəssis
EMPLOYER: Libraff MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-16 LAST UPDATED: N/A DEADLINE: 2018-12-16

Vəzifə adı:   Oyuncaq  və dəftərxana kateqoriyası üzrə mütəxəssis

İşəgötürən: LİBRAFF MMC

Vəzifə öhdəlikləri

- Satış analizləri və bazar araşdırmalarını  həyata keçirmək;
- Bazarda olan oyuncaq  və ofis ləvazimatı məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmalar aparmaq;
- LİBRAFF brendinə uyğun olaraq məhsul seçimini həyata keçirmək,
- Müxtəlif hesabatlar hazırlamaq, lazım olan təqdirdə depo və mağazada sayımın aparılmasını təşkil etmək,
- Satışları artırmaq üçün PR strategiyasına uyğun aparılan işləri dəstəkləmək və təkliflər vermək,
- İş gedişatında bölmə direktorun digər göstərişlərini icra etmək.

Tələblər:

- Müvafiq kateqoriyaya məxsus məhsulları yaxşı bilmək,
- Microsoft Office proqramlarının yüksək səviyyədə bilmək (xüsusi ilə Excel proqramını),
- Azərbaycan dilini səlis, türk, rus, ingilis dillərini yaxşı səviyyədə bilmək,
- Müxtəlif maliyyə hesabatlarının (mədaxil, məxaric, sayım) hazırlanmasında təcrübəyə malik olmaq,
- Aktiv, zəhmətkeş, iş saatlarından artıq işləməyə həvəsli,
- Bu sahədə 3 il iş təcrübəsinin olması mütləqdir.

İş barədə məlumat:

- Beş günlük iş qrafiki
- Nahar şikrət tərəfindən təmin edilir.

Müraciət etmək istəyən namizədlər CV-ləri hr@libraff.az ünvanına yollaya bilərlər.
Mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP