
İşəgötürən: “Caspian Services Group” MMC
Vəzifə: Ofis administratoru
Kimə hesabat verir: İRM
Cins: Qadın
İş rejimi: Tam
İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)
Xəritədə yeri: Ətraflı bu keçiddə
Web: www.caspianservices.az
İş şərtləri:
• Stabil iş • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq • İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi. • İstirahət: Bazar günü • İcbari sığorta • Şəxsi kabinetin ayrılması • Komfort iş şəraiti • Perspektivli iş • Mehriban kollektiv
Tələblər:
• Yaş həddi: 20-25 • Ali təhsilli • İş təcrübəsi: Minimum 1 il • Azərbaycan, rus dillərini mükəmməl və ingilis dilini yaxşı səviyyədə bilməsi • Kompyuter bilikləri: MC Office • Gözəl zahiri görünüşü • Kargüzarlıq işlərini bilmək • E-poçtla işləmək • İşgüzar yazışmalar • Danışıqların təşkili • Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı • Kommunikasiya bacarıqları • Əmək intizamının yüksək olması • Təhlükəsizlik qaydalarına əməl edilməsi
Vəzifə öhdəlikləri:
• Ziyarətçilərin qarşılanması, onlara köməklik göstərilməsi və aidiyyəti üzrə yönləndirilməsi; • Telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi, tələb olunduqda qeydlərin aparılması və aidiyyəti şəxslərə çatdırılması; • Karğüzarlıq işlərinin təşkil edilməsi; • Printer, skaner, fax və digər ofis avadanlıqlarını sərbəst şəkildə istifadə etmək bacarığı və onlara mütəmadi nəzarət edilməsi; • Faksların göndərilməsi; • Digər şöbələr üçün müvafiq sənədlərin surətinin çıxarılması; • İşçilərin kompyuter xidmətləri ilə təmin olunmasının təşkil edilməsi; • Nəqliyyat vasitələri üçün etibarnamələrin hazırlanması; • Korporativ nömrələrin koordinasiyası; • Aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi; • Görüşlərin təşkil edilməsi; • Bilet və otel sifarişləri; • Viza üçün sənədlərin hazırlanması; • Ofisdaxili təmizlik və səliqəyə nəzarət; • Görülən işlər barədə hesabatlar təqdim etməli; • Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir.
Qeyd:
• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər. • Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Office@caspianservices.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Ofis administratoru) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır. • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
|