
“Ziraat Bank Azərbaycan” ASC Risklərin idarə edilməsi, Daxili nəzarət və ÇPY/TMM departamentinə Risklərin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.
Vəzifəyə olan tələblər:
• Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil; • Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri; • Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti; • Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti; • Türk və ingilis dili bilikləri arzuolunandır; • Bank sahəsində ən azı 4, müvafiq sahə üzrə 2 illik iş təcrübəsi; • CFA sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir.
Əsas vəzifələr:
• Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi metodlarının hazırlanması; • Risklərin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək; • Risklərin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabtlığın aparılması; • Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi; • Risklərin idarə edilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi; • Bankın filial və baş ofis struktur bölmələrində həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması və nəticələr əsasında təkliflərin verilməsi; • Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak; • Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılması; • Risklər ilə bağlı daxil olan sorğuların cavablandırılması; • Stress-testlərin keçirilməsi və Risk xəritələrinin hazırlanması;
Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 31-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində RİSKLƏRİN İDARƏ EDİLMƏSİ qeyd etməyiniz vacibdir.
|