Satış məsləhətçisi (Geyim)
 
JOB TITLE: Satış məsləhətçisi (Geyim)
EMPLOYER: M&Co store by Optimal Elektronika LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-20 LAST UPDATED: 2018-11-20 DEADLINE: 2018-12-20

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur.
Şirkətimiz ingiltərənin M&CO  brendinin Azərbaycanda və Qafqazda yenganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az  və www.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Vakansiya:  Satış məsləhətçisi (Geyim)

Satış məsləhətçisi - bizim şirkətdə karyerasını qurmaq istəyən gənclərimiz üçün ilkin addımdır. Bizim mağazalarımızda  fəaliyyət göstərən mağaza menecerlərin əksəriyyəti satış məsləhətçisi vəzifəsindən başlayaraq öz uğurlu karyeralarını OPTİMAL-da qurublar. Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Tələblər:

• Təhsil: Ali və ya orta;
• Azərbaycan dilini səlist bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
• Satış təcrübəsi arzu olunandır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Məhsulları təqdim etmək bacarığına malik olmaq.

Əsas vəzifələr:

• Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
• Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
• Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

Biz Siz təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ödənişsiz təlimlər;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Satış məsləhətçisi (Geyim)”  qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 30.12.2018

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP