Biznes analitik
 
JOB TITLE: Biznes analitik
EMPLOYER: CloudSoft Systems DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-20 LAST UPDATED: N/A DEADLINE: 2018-12-20

Biznes analitik

Vəzifə öhdəlikləri:

• Şirkətin daxili biznes proseslərin avtomatlaşdırılması zəruriyyətinin təhlili
• Layihə qabağı yoxlamaların aparılması, Sifarişçinin təmsilçiləri ilə analitik müsahibələrin aparılması və işlənib hazırlanan proqram təminatına dair Sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
• Mövcud olan informasiya sistemlərinin/proqram təminatının və məqbul texnologiyaların ekspertizasının aparılması
• Proqram təminatının optimal işlənib hazırlanması məqsədilə Sifarişçiyə konsultasiyaların verilməsi
• Proqram təminatından istifadə edərək istehsalat prosesinin optimallaşdırılma variantlarından seçim etməkdə Sifarişçiyə köməyin göstərilməsi
• Sifarişçinin tələblərini, istəklərini və imkanlarını nəzərə alaraq məlumat və proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
• Proqram təminatının işlənib hazırlanması, testdən keçirilməsi və tətbiqi zamanı Sifarişçinin təmsilçiləri ilə daima təmasda olmaq və əlaqə saxlamaq
• Hazır proqram təminatına dair istifadəçi təlimatların, qaydaların və reqlamentlərin işləyib hazırlaması
• İnformasiya sistemləri/proqram təminatın işləyib hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki tapşırığın hazırlanması
• Qurulan modellər üzrə Sifarişçi üçün təqdimatların keçirilməsi
• Təklif olunan və ya görülən xidmətlərin sərf olunacaq resurs cəhətdən dəyərləndirilməsi
• Texniki təklif, texniki tapşırıq, analiz sənədi və s. kimi texniki sənədlərin hazırlanması

Əsas tələblər:

• Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• Dil bilikləri: Azərbaycan, Rus və Ingilis dilləri
• Biznes sahəsi və biznes proseslərin idarə edilməsi haqqında biliklər
• Modellərin, blok-sxemlərin qurulması üçün istifadə olunan xüsusi proqramlarda işləmək bacarığı
• Proqram təminatının işlənməsinə sərf olunan resursların dəyərləndirmə metodları bilikləri
• Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Biznes analitik” mövzusu altında kamalmemmedov1981@gmail.com elekton ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP