Satış üzrə mütəxəssis
 
JOB TITLE: Satış üzrə mütəxəssis
EMPLOYER: Metak DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-20 LAST UPDATED: N/A DEADLINE: 2018-12-20

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Satış üzrə mütəxəssis  (xanım namizədlərə üstünlük verilir)

Namizədə tələblər:

• Ali təhsil;
• Satış sahəsində 1-3 ilə qədər iş təcrübəsi;
• Riyazi hesablamaları aparma bacarığı;
• MS Office proqramlarında işləmək bacarığı;
• Aydın, inandırıcı və düzgün danışıq tərzi.

İşin təsviri:

• Müştərilərdən birbaşa, e-mail və ya telefon vasitəsi ilə sifarişlərin qəbulu;
• Qaimə-fakturaların yazılması;
• Satışın reallaşdırılması;
• Anbar qalığına nəzarət edilməsi;
• Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
• Göstərilmiş xidmət və satılmış malların ödənişinə nəzarət edilməsi.

İş şəraiti:

• Əmək haqqı danışıq əsasında
• 5 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən verilir
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=84, 10.12.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP