Xadimə
 
JOB TITLE: Xadimə
EMPLOYER: Metak DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-20 LAST UPDATED: N/A DEADLINE: 2018-12-20

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 600 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Xadimə

Tələblər:

• Orta təhsil;
• Yaş həddi: 35 – 50 yaş;
• 1-3 il iş təcrübəsi;
• Fiziki sağlam;
• Məsuliyyətli,  intizamlı,  gərgin iş şəraitində işləmək bacarığı olmalı.

İşin təsviri:

• İnzibati binalarda yerləşən xidməti otaqları, dəhlizləri, pilləkənləri, sanitar qovşaqları və s. yığışdırmaq;
• Müvafiq avadanlıqlar, kimyəvi preparatlar və təmizləyici üsullardan istifadə etməklə səthləri təmizləmək;
• Otaqlar, dəhliz, mətbəx, pəncərə, paltar saxlanan yerlər və digər iş ərazilərini gigiyena standartlarına uyğun olaraq təmizləmək;
• Bütün işləri texniki tələblərə uyğun olaraq yerinə yetirmək.

İş şəraiti:

• Əmək haqqı – 400 AZN
• Növbəli iş rejimi
• Nahar şirkət tərəfindən verilir
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=36 10.12.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP