Karyera Mərkəzi üzrə Aparıcı mütəxəssis
 
JOB TITLE: Karyera Mərkəzi üzrə Aparıcı mütəxəssis
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-20 LAST UPDATED: 2018-11-21 DEADLINE: 2018-12-20

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Karyera Mərkəzi üzrə Aparıcı mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Təhsil: Ali təhsil

İşin Təsviri: Şirkət əməkdaşlarının performansının ölçülməsi və  idarəedilməsi, iş səmərəliliyinin artırılması və şirkət daxilində istedadların idarə olunması yönündə işlərin görülməsi.

Vəzifə öhdəlikləri:

- Müəssisə əməkdaşlarının fərdi inkişaf planlarının həyata keçirilməsi məqsədi ilə “İş Fəaliyyətinin Qiymətləndirilməsi” sisteminin təşkil edilməsi;
- Müəssisənin məqsədlərinə nail olmaq üçün təlim və təşkilati inkişaf səylərini əlaqələndirmək məqsədilə proqramların tərtib edilməsi;
- Əməkdaşların şirkətə bağlılığı proses və prosedurlarının hazırlanmasında və tətbiqində iştirak edilməsi;
- “İstedadlar hovuzu” bazasının yaradılması;
- Müəssisənin əməkdaşlarının uğurlu və uğursuz fəaliyyət nəticələrinin elektron məlumat bazasının yaradılması;
- Müəyyən edilmiş ehtiyaclar əsasında illik karyera planının hazırlanması və həyata keçirilməsinə köməklik göstərilməsi;
- Performansın İdarəedilməsi Sisteminin tətbiqi;
- Sistem Təkmilləşdirmə və Təlim Mərkəzinin fəaliyyəti çərçivəsində tapşırılmış işlərin icra edilməsi;
- Vəzifə təlimatlarına uyğun olaraq əməkdaşların iş fəaliyyətinin qiymətləndirilməsində iştirak edilməsi;
- Qiymətləndirmə nəticələrinə əsasən təlim ehtiyaclarının ortaya çıxarılmasında iştirak edilməsi;
- Təlim Mərkəzinin və Sistem Təkmilləşdirmə Şöbəsinin fəaliyyəti çərçivəsində qarşılıqlı əməkdaşlıq edilməsi;
- Beynəlxalq əmək bazarında baş verən trendlər, yeniliklər və innovasiyalar barədə araşdırma aparılması;
- Rəhbərlik tərəfindən vəzifə öhdəliyi ilə əlaqədar verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-ni cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Karyera Mərkəzi üzrə Aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP