İnzibati Köməkçi ( Baş ofis )
 
JOB TITLE: İnzibati Köməkçi ( Baş ofis )
EMPLOYER: Finca Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-20 LAST UPDATED: N/A DEADLINE: 2018-12-20

İş Elanı №18/18

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün INZIBATI KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Öhdəliklər:

• Ofisə müraciət etmiş şəxsləri qəbul etmək və onları ehtiyaclarına uyğun olaraq müvafiq şəxslərə yönləndirmək, daxil olan zəngləri cavablandırmaq, ofis tərəfindən göndəriləcək və daxil olmuş  məktubların qeydiyyatını aparmaq, ofis ləvazimatları və avadanlıqlarının təchizatına nəzarət etmək və digər inzibati işlərdə dəstək göstərmə

Tələblərlər:

• Ali texniki təhsil;
• Peşəkar ofis mühitində müəyyən təcrübə;
• Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışmaq və yazmaq;
• Microsoft Office proqramları ilə işləmək və sürətli çapetmə bacarığı;
• Əla ünsiyyət və komanda ilə işləmək bacarığı;
• İşgüzarlıq, aktivlik, çeviklik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Müştərilərlə davranış etikası.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 Noyabr 2018-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.
 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP