Daxili nəzarət mütəxəssisi ( Mingəçevir şəhəri )
 
JOB TITLE: Daxili nəzarət mütəxəssisi ( Mingəçevir şəhəri )
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-20 LAST UPDATED: N/A DEADLINE: 2018-12-20


 
 
Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Daxili nəzarət mütəxəssisi

İş yeri: Mingəçevir şəhəri
İş təcrübəsi: Minimum 1 il maliyyə və ya audit sahəsində iş təcrübəsi
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 24-40

İşin Təsviri: Daxili nəzarət prosesinin təşkili və idarə olunması.

Vəzifə öhdəlikləri:

- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
- Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş çatışmazlıqları, dələduzluq hallarını aktlaşdırmaq və onların aradan qaldırılması istiqamətində tədbirlər görmək.

Tələblər:

- Dəqiq və məsuliyyətli olmaq;
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili nəzarət mütəxəssisi-Mingəçevir” yazmaqla CV göndərərək müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP