İnsan resursları üzrə baş mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə baş mütəxəssis
EMPLOYER: Zeta Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-21 LAST UPDATED: 2018-11-21 DEADLINE: 2018-12-21

Zeta Groupİnsan resursları üzrə baş mütəxəssis” vakansiyasını elan edir.

Namizədə tələblər:

• Yaş: 25-35
• Cinsi: Kişi və ya qadın
• Təhsil: Ali
• İş təcrübəsi: İnsan resursları üzrə +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
• Kompyuter bilikləri: MS Office-əla, 1C orta səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər:

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Nitq mədəniyyəti
• İnsanlarn psixoloji durumunu analiz etmə bacarığı
• İdarəetmə bacarığı

Əsas vəzifə öhdəlikləri:

• İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərini idarə etmək;
• Təlimlərin və motivasiya ehtiyaclarının planlaşdırılması, həyata keçirilməsində təşkilatı işləri idarə etmək;
• İşçilərin şəxsi işlərini formalaşdırmaq və qeydiyyatını aparmaq, əmək muqavilələrini, vəzifə təlimatlarını hazırlanmaq;
• İşəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrləri tərtib etmək;
• İşçilərin icbari sığortasını həyata keçirmək;
• İşçilərin davamiyyət uçotunu aparmaq;
• İşçilər barədə məlumat bazasını yaratmaq, yenilik və dəyişiklikləri daxil etmək.

İş şərtləri:

• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı müsahibə əsasında təyin ediləcək

Maraqlanan şəxslər öz CV formalarını cv@zeta.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP