İnsan Resurslarının idarəolunması şöbəsinin mütəxəssisi
 
JOB TITLE: İnsan Resurslarının idarəolunması şöbəsinin mütəxəssisi
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-21 LAST UPDATED: N/A DEADLINE: 2018-12-21

Vakansiyanın adı:

İnsan resurslarının idarəolunması şöbəsi, mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

Kadr inzibatçılığı üzrə:

• İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmləşdirilməsini təmin etmək;
• Əmək məzuniyyətinin növbəlilik cədvəlinə uyğun olaraq rəsmləşdirilməsi;
• İşçilərin hərbi uçotunun aparılmasını təmin etmək;
• İmzalanmış əmrlərin qeydiyyatı və aidiyyəti strukturlara göndərilməsini təmin etmək;
• Əmək kitabçalarının müvafiq hissələrini doldurmaq;
• İcazələrin və xəstəlik vərəqələrinin qeydiyyatını aparmaq.

Hesabatlıq üzrə:

• Şöbədaxili hesabatların (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək.

Əmək müqavilələrinə xitam verilməsi üzrə:

• Qanunvericiliyə uyğun olaraq bütün sənədləşmə işlərinin aparılmasını təmin etmək;
• Təhvil-təslim aparılmasına nəzarət etmək;
• İşçi ilə çıxış vərəqəsinin və son anketin doldurulmasını təşkil etmək.

Şəxsi işlərin aparılması Təlimatı üzrə:

• əmək müqavilələrinə xitam verilən işçilərin şəxsi işlərini Təlimata əsasən hazırlayaraq arxivləşdirmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan və Rus dili sərbəst, İngilis dili arzuolunandır;
• Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq ixtisaslar üzrə ali təhsil;
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " İnsan resurslarının idarəolunması şöbəsi, mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hrmdepartment2018@gmail.com elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP