İcraçı direktor
 
JOB TITLE: İcraçı direktor
EMPLOYER: Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-21 LAST UPDATED: 2018-11-21 DEADLINE: 2018-12-21

İşəgötürən: Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (https://pomegranate.az/)

Vəzifə: İcraçı direktor

Tələblər:

- İctimai təşkilatların idarəolunmasında, dövlət qurumlarında və ya müxtəlif tərəfdaşlarla (beynəlxalq təşkilatlar, özəl şirkətlər) yaxından iş ünsiyyəti tələb edən qurumlarda 3-5 illik iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili – əla
- Yüksək səviyyədə təmsil etmə bacarığı
- Problem həll etmə və komandada işləmə bacarığı
- Gərgin iş qrafikində işləmə bacarığı
- Təşkilatçılıq və təşəbbüskarlıq bacarığı
- Ezamiyyə və səfərlərlə bağlı məhdudiyyətlərinin olmaması

Bilməlidir:

o Kənd təsərrüfatı və narçılıq sahəsini tənzimləyən müvafiq qanunvericilik bazası haqqında ümumi məlumat
o MS Office proqramları
o İdxal/ixrac prosedurları haqqında ümumi məlumatları

Vəzifələr:

- Assosiasiyanın fəaliyyətinin genişləndirilməsi, regionlarda və ixrac bazarlarından təşkilatlandırılması
- Təşkilatın qısa və uzunmüddətli hədəf və məqsədlərinə əsaslanan iş planının hazırlanması və müvafiq işlərin görülməsinə nəzarətin təmin olunması
- Tərəfdaşlarla görüşlərdə (Dövlət qurumları, Beynəlxalq təşkilatlar, xarici ölkə nümayəndələri və s.) Assosiasiyanın təmsil edilməsi
- Assosiasiya üzvləri ilə müvafiq işlərin aparılması, o cümlədən maarifləndirmə və dəstək tədbirlərinin yerinə yetirilməsi
- Müvafiq maarifləndirmə materiallarının hazırlanması və hədəf qruplarına çatdırılması işinin təşkili
- Sektorla bağlı xüsusi layihələrin həyata keçirilməsi üçün müvafiq təşəbbüskarlıqların göstərilməsi
- Yerli və xarici sərgilərdə, biznes işgüzar görüşlərdə iştirak olunması və Assosasiyanın təmsil edilməsi
- Assosiasiyanın cari fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi

Maraqlanan şəxslər müşayiət məktubu ilə birlikdə öz CV formalarını mövzu hissəsində İcraçı Direktor göstərməklə info@pomegranate.az ünvanına göndərə bilər.

Əlaqə üçün: +99450 227 70 77

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP