Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-26 LAST UPDATED: 2018-11-26 DEADLINE: 2018-12-26

Vəzifənin adı  :  Baş mühasib

Vəzifə öhdəlikləri:

• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunuvə hesabatlılığını təşkil edir;
• Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
• Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
• Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir.

Təhsil/Təcrübə

• Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 10 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
• Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını bilməli;
• Azərbaycan dilində sərbəst istifadəçi səviyyəsində bilməli (Rus və ya İngilis dili biliyi arzuolunandır);
• Microsoft Excel və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Beynəlxalq sertifikasiya arzuolunandır;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP