Korporativ satış üzrə mütəxəssis
 
JOB TITLE: Korporativ satış üzrə mütəxəssis
EMPLOYER: 158 Taxi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-21 LAST UPDATED: N/A DEADLINE: 2018-12-21

Şirkət: 158 Taxi 

Vakansiya: Korporativ satış üzrə mütəxəssis

* İş yeri: Bakı
* İş rejimi: 6 günlük
* İş vaxtı: 09:00-18:00
* Əmək haqqı : 600+

İş haqqında:

● Müxtəlif kanallarla (telefon, e-mail, sosial şəbəkələr və s.) korporativ müştərilərlə əlaqə saxlayıb görüşmək və müştəri bazasını formalaşdırmaq;
● Korporativ müştərilər üçün qiymət təklifi paketini hazırlamaq;
● Korporativ satış planını yerinə yetirmək;
● Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata keçirmək;
● Bazarı, rəqibləri araşdırmaq, analizləri aparmaq, tələb və təklifləri müəyyənləşdirmək;
● Korporativ müştərlər haqqında informasiyanın toplanılmasını və yeni müştərilər ilə əlaqələrin qurulmasını təmin etmək;
● Müştəri etirazları ilə əlaqədar ortaya çıxan problemləri həll etmək;
● Potensial müştəri ola biləcək şirkətləri ziyarət etmək və ehtiyacları analiz etmək;
● Mütəmadi olaraq, korporativ müştərilərlə görüşlərin təşkil olunması və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsini təmin etmək;
● Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlər aparmaq və hesabatlar hazırlamaq;
● Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və hesabat təqdim etmək;
● Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək.

Tələblər:

● Ali təhsil;
● Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
● Azərbaycan dili və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür);
● MS Office proqramlarında (Word, Excel, Power point) – yüksək səviyyədə işləmə bacarığı;
● Yüksək analitik qabiliyyəti, ünsiyyət və təqdim etmə, məsuliyyətlilik, təşəbbüskarlıq, məqsədyönlülük, problem həlletmə, operativlik, yenilikçilik bacarıqları.

Uyğun və maraqlanan şəxslər vakansiya ilə əlaqədar recruitment@158taxi.az e-mail ünvanına müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP