Tibbi texniki ekspert
 
JOB TITLE: Tibbi texniki ekspert
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-22 LAST UPDATED: N/A DEADLINE: 2018-12-22

 «Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Tibbi texniki  ekspert

Namizədə tələblər

• Yaş: 23-30
• Cinsi: xanım namizədlər
• Təhsil: Ali (və ya orta ixtisas)  tibb təhsili mütləqdir (təhsil alan tələbələr və rezidenturada işləyən namizədlər də müraciət edə bilər
• İş təcrübəsi: vacib deyil
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
• MS Office proqramları üzrə biliklər(  Excel əla səviyyədə)

Əsas vəzifə öhdəlikləri

• Tibb müəssisələrindən  daxil olan reestrləri və tibbi sənədləri sistemə daxil etmək
• Tibb müəssisələrindən  daxil olan reestrlərin tibbi-iqtisadi və texniki ekspertizasını həyata keçirmək
• Tibb müəssisələrindən daxil olan elektron reestrlərdə təqdim olunan tibbi xidmətləri kodlaşdırmaq, qəbul tarixlərini, tibbi xidmətlərin sayını və məbləğini uyğunlaşdırmaq
• Tibbi-iqtisadi ekspertiza zamanı çatışmazlıqları aşkarlamaq
• KTS üzrə ödənilmiş aktları qovluqlara uyğun yerləşdirmək
• Birbaşa rəhbərin xidməti tapşırıqlarını vaxtında yerinə yetirmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
• Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq  ’’ Tibbi  texniki ekspert  “qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP