Az-Granata MMC
Marka müdiri (Spirtli içkilər üzrə)
Tələblər:
• Ali təhsilli (Marketinq üzrə); • Müvafiq sahədə ən azı 3 il iş təcrübə (FMCG); • Dil bilikləri: Rus, İngilis • MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı; • Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.
İş haqqında:
• Rəhbərlik etdiyi kateqoriya və məhsullar üzrə uzun dövrü əhatə edəcək marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, strategiya hazırlamaq, • İstehlakçı, alıcı, müştəri ehtiyaclarını araşdırmaq, təhlil etmək və ona uyğun layihələr təqdim etmək, • Bazar dinamikasını, rəqibləri və mövcud markaların hərəkətliliyini təhlil edib hesabat hazırlamaq, bazar dinamikasına uyğun layihələr təqdim etmək, • Yeni markaların yaradılması (marka konseptinin), marka əmələgəlmə prosedurlarını icra edib idarə etmək, • Planlar (istehsal, satış, xammal) hazırlamaq və idarəetmək, • POP materiallarını hazırlamaq və işin gedişatına nəzarət etmək.
İş şərtləri:
• İş vaxtı 09:00 - 18:00 • Əmək haqqı müsahibə əsasında təyin ediləcək
Maraqlanan şəxslər CV formalarını mövzu hissəsinə “Marka müdiri (Spirtli içkilər üzrə) ” yazaraq göndərə bilərlər.
e-mail: cv@azgranata.az
|