Maliyyə nəzarəti şöbəsi, Böyük mütəxəssis
 
JOB TITLE: Maliyyə nəzarəti şöbəsi, Böyük mütəxəssis
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-26 LAST UPDATED: N/A DEADLINE: 2018-12-26

Vəzifənin adı: Maliyyə nəzarəti şöbəsi, Böyük mütəxəssis

Vəzifə öhdəlikləri:

• Maliyyə vəsaitlərinin hərəkətinə və maddi dəyərlilərdən istifadə olunmasına nəzarət və daxili maliyyə təftişi;
• Maliyyə nəzarəti sahəsində fəaliyyət planlarının hazırlanması və icrasını təmin edilməsi;
• Şirkətin maliyyə durumu, pul vəsaitlərinin mədaxil və məxarici və digər  maliyyə əməliyyatları barədə mütəmadi məlumat və hesabatların rəhbərliyə təqdim edilməsi;
• Maliyyə siyasətinə uyğun olaraq Şirkətin xammal-material, məhsul və xidmətlər üzrə maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edilməsi;
• Maliyyə göstəriciləri barədə hesabatların analizinin aparılması;
• Maliyyə vəsaitlərinə olan tələbat və vəsaitlərin formalaşması arasında tarazlığın təmin edilməsi.

Təhsil/Təcrübə

• Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit istisasları üzrə təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
• Beynəlxalq serifikasiya (ACCA) arzuolunandır;
• Mühasibatlıq və maliyyə sahəsi ilə bağlı mükəmməl qanunvericilik biliklərinə malik olmalı;
• Azərbaycan dilində sərbəst istifadəçi səviyyəsində bilməli (Rus və ya İngilis dili biliyi arzuolunandır);
• Microsoft Excel proqramında peşəkar istifadəçi səviyyəsində işləmə bacarığı olmalı;

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə nəzarəti şöbəsi, Böyük mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP