Layihələrin İdarə Edilməsi üzrə mütəxəssis
 
JOB TITLE: Layihələrin İdarə Edilməsi üzrə mütəxəssis
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-26 LAST UPDATED: N/A DEADLINE: 2018-12-26

Bank RespublikaASCLayihələrin İdarə Edilməsi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi və 1000 nəfərə yaxın peşəkar komandası ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Layihəyələrin koordinasiyasında, sənədləşməsində, izlənməsində,  monitorinqində, nəzarətdə, loqistika məsələrində LİD-in səlahiyyətli şəxslərinə və layihə rəhbərlərinə dəstək göstərir;
• Layihələrin iş prosesi standartlarının və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak edir;
• Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak edir;
• Layihələrin konsepsiyasının, metodologiyasının, standartlarının, iş prosesinin sənəd şablonlarının hazırlanmasında iştirak edir;
• Layihələrlə əlaqəli  tender və müsabiqələrin təşkilində və keçirilməsində iştirak edir.

Namizədə qarşı tələblər:

• Təhsil: ali (yeni məzunlarda müraciət edə bilər)¬
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı) və İngilis dili (əla);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

• Layihələrin idarəedilməsi üzrə geniş bilgilər və təcrübə;
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Layihələrin idarə edilməsi departamentinin mütəxəssisi” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP