Baş Direktorun köməkçisi
 
JOB TITLE: Baş Direktorun köməkçisi
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-11-27 LAST UPDATED: N/A DEADLINE: 2018-12-27

Baş Direktorun köməkçisi

MKT-İK MMC (Pambıq müəssəsi) Baş Direktorun köməkçisi vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Baş  direktora qarşıdakı öhdəliklər və vəzifələr haqqında məlumat vermək, onların icrasını  müvafiq qaydada nəzarətdə saxlamaq məqsədilə, Baş direktor ilə yaxından və  səmərəli şəkildə çalışmaq;
• Müntəzəm qaydada instruktiv toplantılar təşkil etməklə,  Baş direktorun vaxtının səmərəli    bölüşdürülməsini təmin etmək, prioritetlər üzrə qərarları yüksək səviyyədə icra etməklə, gündəlik öhdəlikləri və həm daxili, həm də xarici əlaqələr üzrə əsas prioritetləri nəzərdən keçirmək və yeniləmək;   
• Rəhbər personalın etibarı, etimadı və dəstəyini saxlamaqla, Baş direktor və daxili departamentlər arasında rahat kommunikasiyanı təmin etmək,
• Baş direktor  və “MKT İK” MMC-yə daxil olan Filialların rəhbərləri arasında əlaqələndirici şəxs   rolunda çıxış etmək;
• “MKT İK” MMC-nin fəaliyyəti, layihələri və s. haqqında məlumatlı olmaq;
• Baş direktor üçün səfərləri, görüşləri və tədbirləri tələb olunduğu qaydada təşkil etmək;
• Hər hansı bir məsələ ilə əlaqədar araşdırmalar aparmaq və nəticələri təqdim etmək;
• Elektron məktubları aktiv qaydada idarə etmək, təcili məktubların seçilərək müvafiq qaydada cavablandırılmasını təşkil etmək;
• Yüksək səviyyəli inzibati xidmət göstərilməsi və daxili və xarici sənədlərin hazırlanmasına müvafiq rəhbərliyi təmin etmək;
• Katiblik öhdəlikləri: sənədlərin kompüterdə yığılması, hazırlanması, prezentasiyaların hazırlanması saxlanılması. Tələb olunduğu hallarda sənədlərin müvafiq yüksək standarta cavab verməsi məqsədilə, lazımi dəstəyin göstərilməsi, o cümlədən, sənədin  korrekturası, orfoqrafiya, qrammatik və üslub baxımından yoxlanılması, düzəlişlər edilməsi və təqdimat.

Tələblər

• Ali təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dili yüksək, Rus dili,İngilis dili əla səviyyədə bilməli;
• Analitik düşüncə qabiliyyəti və Komandada işləmək bacarığı;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində  hr@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş Direktorun köməkçisi” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP